Bakıda son vaxtlar "ayıq sürücü'' xidməti göstərən şirkətlərlə yanaşı, fərdi qaydada da bu işlə məşğul olan şəxslərin sayı çoxalıb.

Ayıq sürücü şirkətləri müştərini ünvana aparan zamanı hər hansısa bir qəza baş verdikdə dəymiş ziyanın ödənilməsini öz üzərlərinə götürürlər. Ancaq fərdi qaydada ayıq sürücü xidməti göstərən şəxslərdə bu məsələ qaranlıq qalır. Bəs belə olan halda qəza baş verərsə məsuliyyəti kim daşıyır? Hüququşunasların bəzi tövsiyyələri var, izləyək.
Cəlal Hüseynov fərdi qaydada ''Ayıq sürücü''xidmətindən istifadə edən vətəndaşlardan sadəcə biridir. Qarşılaşdığı vəziyyət isə fərdi qaydada fəaliyyət göstərən ayıq sürücü xidmətindən istifadə edən digər şəxslərin başına gələ və onlar üçün ciddi porblem yarada bilər.
Son vaxtlar Bakıda fərdi qaydada ayıq sürücü xidməti göstərən şəxslərə tez-tez rast gəlinir. Bu şəxslər retoran və kafelərdə əlaqə nömrələrini qoyaraq müştəri toplayırlar. Bununla yanaşı elan saytlarında da belə şəxslərin elanalarına rast gəlinir.
Hüquqşunas Xəyal Bəşirov deyir ki,əvvəlcə fərdi qaydada ayıq sürücü xidməti ilə məşğul olan şəxslər müvafiq qurumdan icazə almalı,VÖEN hesabı açmalı sonra fəaliyyət göstərməlidirlər.
Bəs Avomobillərini belə sürücülərə etibar edən vətəndaşlara hərəkət zamanı ziyan dəyərsə məsuliyyət kimin üzərinə düşəcək? Hüquqşunas bildirir ki, vətəndaşlar fərdi qaydada fəaliyyət göstərən ayıq sürücü xidmətindən istifadə etməmişdən öncə onların sürücülük huququnun olub-olmamasını soruşsunlar.
Avtomobili sürücülük hüququ olmayan ayıq sürücüyə verməyə görə yol polisi avtomobilin sahibini 60 manat miqdarında da cərimə edə bilər. Belə halda yol qəzası baş verərsə, hansısa vətəndaş xəsarət ala və ya ölərsə bu zaman məsuliyyət avtomobili idarə edən şəxsin yəni '' Ayıq sürücünün'' üzərinə düşür. © xezerxeber.az

Leqal.info

VİDEO