TV 8 kanalında yayımlanan “Yetenek sizsiniz” yarışmasında həmyerlilərimiz növbəti dəfə tamaşaçıları və münsifləri özlərinə heyran qoyublar.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, “Gasanov Dance Group” adı ilə çıxış edən Roman, Ramil,Əli, İskəndər və Toğrul möhtəşəm səhnə şouları ilə hər kəsi heyrətləndiriblər. Qafqaz rəqsləri ifa edən qrup 3 “Hə” ilə növbəti mərhələyə keçiblər.

Qrup üzvləri "Yetenek Sizsiniz Türkiye" yarışmasına qatıldıq, Azərbaycanımızı orada təmsil etdik və 3 "EVET" lə geri döndük. Buna görə hər birinizə təşəkkür edirik” deyiblər.

Qeyd edək ki, yarışmanın münsif kürsüsündə Acun İlıcalı, Ali Taran və Hülya Avşar əyləşib.

VİDEO