Apteklərdən dərman alarkən yaş məhdudiyyəti tətbiq olunacaq. Belə ki, yaşı 14-dən aşağı olan uşaqlara dərman satışı qadağan edilə bilər. Bununla bağlı məsələ Milli Məclisin səhiyyə komitəsi tərəfindən plenar iclasa tövsiyyə olunub.

14 yaşından aşağı olanlar aptekdən dərman ala bilməcəyəklər.

Bunu qadağan edən müddəa Dərman satışı haqqında qanuna əlavə edilməsi üçün milli məclisin plenar iclasına tövsiyyə olunub.

Millət vəkili Musa Quliyev bildirir ki, məqsəd dərmanlardan sui-istifadə halları və yetkinlik yaşına çatmayanların özbaşına istifadəsinin qarşısını almaqdır.

Millət vəkili prosesə nəzarətin hansı qurumlara həvalə olunacağını da açıqlayıb.

Bu arada bu gün səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.Müzakirələrdə ailə qurmazdan öncə təyin olunan tibbi yoxlamaların siyahısına hepatit xəstəliyinin də əlavə edilməsini təklif edib. (xezerxeber.az)
Leqal.info

VİDEO