Deyirlər dərd adamı danışdırar. 94 saylı marşrutun sərnişinlərinin əsəbləri son həddə çatıb. Hamısı eyni problemləri dilə gətirir. Yeni Yasamaldan Metronun Xalqlar Dostluğu stansiyası istiqamətində hərəkət edən bu avtobuslardan daxil olan şikayətlərin ardı-arası kəsilmir. Biz bir dəfə də bu məsələni qaldırmışdıq, lakin nə bir baxan oldu, nə də avtobuslarda dəyişiklik. Necə deyərlər köhnə hamam, köhnə tas. Avtobuslarla bağlı problem dəyişmir ki, dəyişmir. Sərnişinlər əsasən də sürücülərin kobud şəkildə qayda pozuntusu və sərnişinlərlə rəftarından narazılıqlarını ifadə edirlər.

Leqal.info
-ya 94 saylı marşrutun sərnişinləri kütləvi şəkildə sürücülərin səhlənkarlığı və sərnişinlərə etik davaranışa sığmayan hərəkətlərindən bəhs edən müraciət etdilər. Belə ki, Leqal.info olaraq Biz bu barədə mövzuya toxunduq və araşdırma apardıq. Nədənsə nə 94 saylı marşrutun sahibi üzə çıxdı nədə ki, problem həllini tapdı. Yenə də biçarə sərnişinlər həllini tapmayan problemlərlə hələ də mübarizə aparırlar. İnsan həyatı axı ən mühüm amillərdən biridir. Nəqliyyat vasitəsi idarə edən hər hansı bir sürücü insan taleyi ilə necə deyərlər istədikləri kimi rəftar edə bilməzlər. Ölkəmizin güclü yazılmış qanunları var. Hər bir Vətəndaş bu Qanuna tabe olmalıdır və Qanun qarşısında etdiyi qeyri leqal hərəkətə görə məsuliyyətə cəlb olunmalıdır. Mövzu gündəmə gəldiyindən 94 saylı marşrutun sərnişinləri yenə də sürücülərin normal interval xətti üzrə işləmədiylərini, sürücülüərin sərnişinlərlə kobud rəftarı, marşrutda natəmiz oturacaqlar, yüksək sürət, marşrutda ən əsas axşam saatlarında düzgün qaydada işləmədiklərinə görə yaranan sərnişin sıxlığından qəti şəkildə narazıdırlar. Bu məsələdən agah olub Leqal.info əməkdaşı olaraq 94 saylı marşrutdan axşam saatlarında istifadə etdik həqiqətən də sərnişinlərin dedikləri ilə düzgün qaydada rastlaşdıq.

Leqal.info olaraq mövzunun aktuallığını nəzərə alaraq araşdırmamızı aparacağıq.

VİDEO