Son günlər sürəti və manevr imkanları çox məhdud olan yük avtomobilləri ilə piyadaların vurulması ilə 3 ağır hadisə baş verib.

Leqal.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, həmin qəzaların 3-də də piyaladalar aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkələrdə belə qəzaların baş vermə səbəbini maraqlı bir fikirlə ifadə edib. Onun sözlərinə görə, yük avtomobilləri, qoşqulu traktorlar, avtobuslar və bu kimi iri nəqliyyat vasitələrinin sürücüləri avtomobilə əyləşdikdən sonra ətrafında olan hər şeyi görə bilmir.

Bunu elə yük avtomobillərinin sürücüləri də təsdiqləyir.

Ekspert Ərşad Hüseynov piyadalara və digər minik maşınlarının sürücülərinə iri avtomobillərlə münasibətdə diqqətli olmağı tövsiyə edir.

Odur ki, siz də çalışın diqqətli olun ki, qəzalardan qaça biləsiniz.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO