Bakıda insanların həyatını heçə sayan avtobus sürücüsü hələ də var

Aparılan ciddi mübarizəyə baxmayaraq Bakıda insanların həyatını heçə sayan avtobus sürücüsü hələ də var və belələrinə ara-sıra rast gəlinir. Leqal.info Avtosfer.az-a istinadən xəbər verir ki, jurnalist Mahir Məmmədli bu dəfə 39 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün kobud qayda pozuntularının videosunu paylaşıb. Bildirib ki, bu gün Məhəmməd Xiyabani-Şərifzadə kəsişməsində 39 nömrəli avtobus 5 saniyədə iki dəfə kobud qayda pozuntusuna yol verib. Videodan da göründüyü kimi, sürücü avtobusu qarşı yola çıxarmaqla yanaşı, svetoforun qırmızı işığında da hərəkət edir. Həmin avtobusun tanınma nişanı 44015-dir.
Bir avtobus 5 saniyədə 2 kobud qayda pozuntusu edə bilərmi?
Bir avtobus 5 saniyədə 2 kobud qayda pozuntusu edə bilərmi?

VİDEO