Gürcüstandan gətirilən avtomobilin, iki maşının birləşməsi olduğu ortaya çıxıb. Sürücü aldadıldığını ustaya müraciət etdiyi zaman öyrənib. Avtomobil təmiri ilə məşğul olanlar isə son zamanlar bu kimi hadisələrin artıdığını bildirir və avtomobil alarkən diqqətli olmağı tövsiyyə edirlər.

2 yerə bölünmüş avtomobili 1 parça halında sürücüyə satıblar.

Gürcüstandan avtomobil alan şəxs aldadıldığını Bakıda ustaya müraciət etdiyi zaman öyrənib.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə son zamanlarə bu hal tez-tez baş verir. Əvvələr istehsal ili təzə maşınların birləşdirilməsinə rast gəlinmirdisə, artıq 2010 cu il istehsalı olan avtomobillərıdə də bunu görmək mümkündür.

Ustaların sözlərinə görə belə maşınları asanlıqla müəyyənləşdirmək olur. Bunun üçün sadəcə ustanın maşının altına diqqətlə baxması lazımdır. ..

Belə faktlarla qarşılaşmamaq üçün maşın alarkən onu ustada yoxlatdırmaq tövsiyyə olunur.

VİDEO