VI Qlobal Bakı Formu çərçivəsində bu gün daha üç mövzü ətrafında müzakirələr həyata keçirilib. Beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlər, alimlərin iştirakı ilə aparılan müzakirələrdə qlobal mövzular ətrafında fikir mübadiləsi aparılıb.

VI Qlobal Bakı Forumunun 3-cü günü də uğurla başa çatıb. Bu gün forum çərçivəsində 3 panel müzakirəsi təşkil edilib. "Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik" , "Elm və siyasət" və "Dini, mədəni müxtəliflik-siyasi liderlik üçün hansının rolu daha əhəmiyyətlidir" mövuzularında fikir mübadiləsi aparılıb .

"Elm və siyasət" mövzusunda keçirliən konfransda vurğulanıb ki, mürəkkəb dünyada anlaşmanın əldə edilməsində elmin rolu əvəzedilməzdir. Qarşılıqlı anlaşma və inkişaf üçün elmin faydalarından istifadə etmək vacibdir.

VI Qlobal Bakı Forumu çərçivəsində "Dini, mədəni müxtəliflik-siyasi liderlik üçün hansının rolu daha əhəmiyyətlidir" adlı sonuncu panel müzakirəsidə bu gün baş tutub. Bununlada forumun 3 günlük müzakirlərin keçirildiyi hissəsi də yekunlaşıb. Sabah isə forum çərçivəsində keçirilən Beynəlxalq Kitab Sammiti baş tutacaq. İki günlük sammitdə Kitab və milli inkişaf, Kitab və Mədəni irsimizin qorunması , Milli kitabxanaların rolu kimi mövzular ətrafında müzakirələr keçiriləcək. © xezerxeber.az

VİDEO