Azərbaycanda daş və qum karxanalarının ümumi monitorinqi həyata keçirilir. Artıq fəaliyyətində ciddi pozuntular olduğu üçün 250 daş karxanasının fəaliyyəti dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, monitorinq Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Komitənin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevin sözlərinə görə, ümumilikdə ölkə ərazisində 585 daş və qum karxanasında yoxlama aparılıb.

Hazırda ölkə üzrə 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, onların 42-də araşdırma davam etdirilir. Bunlar əsasən Qaradağ rayonu ərazisində yerləşir.

Belə karxanaların fəaliyyəti nəticəsində torpaqların üst münbit qatı korlandığından belə sahələrə nəzarət gücləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO