Bu barədə “Report”un sorğusuna cavab olaraq İnstitutdan məlumat verilib.
Bildirilib ki, proses mümkün olan ən qısa zamanda yekunlaşacaq.
Hazırda institutun fəaliyyət göstərdiyi bina Bakı Dövlət Universitetinin (BDU) balansındadır.
BDU-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin binanın otaqlarından auditoriya kimi tədris prosesində istifadə olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur.
Xatırladaq ki, aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı olub. İnstitut Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.