Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Hesabatda qeyd olunur ki, bir həftə ərzində uzun sürən tufan ölkə ərazisinin əhəmiyyətli hissəsinə güclü qar, şaxta və külək gətirib. Milli Hava Xidməti bildirir ki, bəzi ərazilərdə bir neçə dəqiqə açıq havada olmaq donmaya səbəb ola bilər.
PowerOutage.us saytının məlumatına görə, bazar günü, dekabrın 25-də ABŞ-da 250 minə yaxın ev və müəssisə elektriksiz qalıb.
“İnterfaks” xəbər verir ki, onların yarısı Nyu-York və Men ştatlarındadır.
Energetiklər ekstremal hava şəraiti və şəbəkə yükünün artması ilə əlaqədar istehlakçılara müraciət edərək elektrik, istilik və qaza qənaət etməyə çağırıblar.
Dekabrın 23 və 24-də ABŞ-da 8,4 mindən çox, dekabrın 25-nə olan məlumata görə isə 1350-dən çox reys ləğv edilib.
Hava proqnozlarına görə, gələn həftənin sonunda ABŞ-da havanın temperaturu normadan yüksək olacaq.
Elvin Mahmudlu
Leqal.info