İtaliyanın cənubunda gəmi qəzaya uğrayıb, 40-dan artıq miqrant həyatını itirib.

Leqal.info xəbər verir ki, bu barədə yerli ANSA agentliyi hadisədən sonra sağ qalanların məlumatına istinadən bildirib.

Qeyd olunub ki, İtaliyanın cənubundakı Siciliya boğazında Tunisdən yola düşən gəminin batması nəticəsində ən azı 41 miqrant həyatını itirib.

Hadisədən sonra 4 nəfərin sağ qaldığı bildirilib.

Axtarış-xilasetmə işləri davam edir.

Leyla Kamil
Leqal.info