Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ukrayna lideri briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti, müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri ilə bağlı məruzələri dinləyib.
"Mən vəziyyəti geniş başa düşmək üçün hər gün ümumi məlumat alıram ki, bu da çox vacibdir. Həmçinin hər birinin problemlərini dəqiq başa düşmək üçün bütün briqadalara ayrı-ayrılıqda baş çəkmək istədim. Söhbətimiz əsnasında istənilən məsələni müzakirə edə bilərsiniz”, - deyə Zelenski hərbçilərlə görüşdə bildirib.
Leyla Kamil
Leqal.info