Leqal.info xəbər verir ki, bu barədə İspaniya Xərçəngi Araşdırma Milli Mərkəzi məlumat yayıb.
Lazımi rütubət və temperaturun saxlanılması üçün insan beyni nümunələri maye ilə doldurulmuş xüsusi qablara yerləşdirilir. Qabların içərisindəki yüksək səviyyədə sterillik və biotəhlükəsizlik çirklənmənin qarşısının alınmasını və beyin hüceyrələrinin strukturunun qorunmasını təmin edir. Daha sonra bu nümunələr onkoloji xəstəliklərlə mübarizə üsullarının yaxşılaşdırılması üçün öyrəniləcək. Bu nümunələr xərçənglə mübarizə üçün müxtəlif dərmanların təsirinin öyrənilməsi üçün də istifadə ediləcək.
Hazırda belə tədqiqatlar üçün siçanlardan, ən zəruri hallarda isə insan hüceyrələrindən istifadə edilir.
Leqal.info