Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.

Leqal.info xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.

Şahidlərin sözlərinə əsasən, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.

Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, ancaq o, daha sonra ölüb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Leqal.info