Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.

O, artıq layihənin təməli atıldığını və 1 il ərzində həmin evlərin zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcəyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və başqa tikililər də inşa ediləcək.

Leyla Kamil

Leqal.info