Leqal.info xəbər verir ki, hadisə MİDA sosial evlər yaşayış məntəqəsində baş verib.
Elvin Şirinlinin idarə etdiyi "Chevrolet" markalı avtomobil 1948-ci il təvəllüdlü Yusif Yusifovu vurub. Piyada xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Elvin Mahmudlu
Leqal.info