Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Leqal.info xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Dövlət başçısı müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir: "Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır".

Azərbaycan Prezidentinin müraciətində azad olunmuş torpaqların minalardan təmizlənməsinin hökumətin əsas prioritetlərindən biri olduğu qeyd olunub.

Leqal.info