Leqal.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə söyləyib.
Blinken bildirib ki, Tayvan ətrafında yaranacaq böhran demək olar bütün dünyada iqtisadi böhrana səbəb ola bilər.
O vurğulayıb ki, dünyada kommersiya konteynerlərinin 50%-i hər gün Tayvan boğazından keçir: “Yarımkeçiricilərin ixracının 70%-i Tayvanda həyata keçirilir. Əgər Tayvan ətrafında böhran yaranarsa, bunun dramatik nəticələri ola bilər”.
Elvin Mahmudlu
Leqal.info