Leqal.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau “BBC Newsnight”a müsahibəsində söyləyib.
“Bu tamamilə yeni bir situasiya olacaq. Biz adekvat cavab verəcəyik”, - Rau vurğulayıb.
XİN rəhbəri, həmçinin qeyd edib ki, belə bir zərbə NATO ərazisinin böyük bir hissəsinə təsir edəcəyi üçün alyans cavab verməli olacaq. “Ona görə də, bu, müvafiq cavab tələb edəcək. Məndən bu cavabın nə olacağını deməyimi gözləməyin”, - Rau diqqətə çatdırıb.
Leyla Kamil
Leqal.info