Ermənistan hakimiyyəti son hadisələrdən dərs alaraq, təxribatlara əl atmamalıdır.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, sülh fürsətindən istifadə etmək və Ermənistanı yanlış yönləndirən ölkələrin tələsinə düşməmək Ermənistanın öz xeyrinə olacaq: “Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Onu silahlandıranlar qısa zamanda Ermənistanı tək qoyacaqlar”.

Leqal.info