Leqal.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunun panel müzakirəsində bildirib.
“Düşünürəm ki, bu, baş verəcək. Nə qədər tez - bu, başqa məsələdir. Hesab edirəm ki, biz o anın yaxınlaşdığı mərhələdəyik ki, tam diplomatik münasibətlər, açıq sərhədlər, iqtisadi və siyasi əməkdaşlıq qurulacaq və biz normal qonşular olacağıq. Əminəm ki, bu an yaxınlaşır, lakin dəqiq vaxtını deyə bilmirəm”, – Paşinyan vurğulayıb.
Leqal.info