Rusiya Ukrayna ilə danışıqları İstanbulda bərpa etməyə hazırdır.

Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin rəhbəri Aleksey Polişçuk TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, hazırda top Ukrayna tərəfindədir.

Qeyd edək ki, Moskva ilə Kiyev arasında İstanbul danışıqları dayandırılıb. Kreml İstanbul danışıqlarında fasilə yaranması ilə bağlı Ukrayna tərəfini günahlandırıb.

Leqal.info