Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.

Leqal.info xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".