Almaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

Leqal.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımda bildirilib:

"Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır", - deyə paylaşımda əks olunub.

Leqal.info