Leqal.Info

SON DƏQİQƏ

Yayda necə qidalanmaq - lazımdır?

Yayda necə qidalanmaq
11-06-2019, 15:20 54 373 dəfə baxılıb

“Yayda bol miqdarda meyvə tərəvəzlərdən istifadə etmək lazımdır”.

Bunu "Report"a həkim-dietoloq Fuad Məcidov deyib.

O bildirib ki, qışda yetişən meyvə-tərəvəzlərlə "sağollaşmaq" lazımdır: “Çünki qışda tez-tez xəstələnirik deyə, bütün mineral, vitamin bazamız bitmiş olur. Həmin itirdiyimiz mineral və vitaminləri biz yaz fəslində bərpa etməliyik. Birinci növbədə göyərtilərdən və yerkökündən istifadə etmək lazımdır. Bunları həm salat, həm də yeməklərdə istifadə edə bilərsiniz. Pomidor, bibər, badımcan, xiyar, pərpətöyün, ispanaq, kahıdan bol istifadə etmək lazımdır. Bunlar vitamin C-nin bir nömrəli deposudur. Meyvələrdən isə qarpız, yemiş, çiyələk, alça, tut kimi vitamin D ilə bol olan qidalardan istifadə edilməlidir”.

Həkim deyib ki, çoxları yayda çimərlik və pikniklərdə qızartma və kabab yeməyi xoşlayır: “Məsləhət görərdim ki, bunların yerinə tərəvəzlərdən daha çox istifadə etsinlər. Kolbasa isə işlənmiş ət olduğu üçün məsləhət görmürəm, ondansa ətin özünü yesinlər. Yesələr də heç olmasa məşhur şirkətlərin kolbasalarından istifadə etsinlər”.

Dietoloq qeyd edib ki, şirin, qazlı sərinləşdirici və energetik içkilərdən istifadə etmək olmaz: “Elə zənn edin ki, şəkər qatılmış su içirsiniz. Birincisi ziyandır, ikincisi vərdiş yaradır, dördüncüsü metabolizmanı pozur. Ən yaxşısı evdə hazırlanan meyvə sularıdır. Kompotu şəkərsiz hazırlamaq lazımdır. Şəkərin yerinə isə darçın əlavə etmək olar. Alma, limon, darçın, mixək, qara istiot, zəncəfillə kompot da hazırlaya bilərlər. Darçın xoşlamırlarsa, əlavə etməsələr də olar. Şəkər bizim bir nömrəli düşmənimizdir. Həm qaraciyərin, ümumilikdə, bütün orqanizmin düşmənidir. İnsan qaraciyəri yeganə fabrikdir ki, şəkərdən yağ istehsal edir.

Analar da tənbəllik etməsinlər. Uşaqlara ya təzə meyvə suyu içirsinlər, ya da, sadəcə, meyvələrdən şəkər əlavə etmədən kompot hazırlasınlar. Məsələn, çiyələk, alça, alma və limonu suya əlavə edib bişirsinlər, əla kompot alınır. "Yayda çay içmək lazımdır" deyimi isə yalandır. Çayın, kofenin tərkibində kofein var. Su içmək lazımdır. Hər kiloya 30-35 qram su içmək zəruridir”.


www.leqal.info

Teqlər: Yay mövsümü, qidalanma

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI