Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Yaralılar Zaqatala RMX-nın Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Leqal.info