Leqal.Info

SON DƏQİQƏ

Rusiyada koronavirusa yoluxanların sayı 260 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 260 mini ötdü
15-05-2020, 13:04 30 816 dəfə baxılıb

Rusiyada son bir gündə daha 10 598 nəfərə koronavirus diaqnozu qoyulub.

“Leqal.info” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 262 843 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 113 nəfər artaraq 2 418-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 58 226 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 4 748.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI