Leqal.Info

SON DƏQİQƏ

Paşinyan məğlubiyyətini xalqa açıqlamağa başladı

Paşinyan məğlubiyyətini xalqa açıqlamağa başladı
14-10-2020, 16:17 36 606 dəfə baxılıb

Sentyabrın 27-dən Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan ordusuna uduzan Ermənistan rəhbərliyi məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.

Leqal.info-nun məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabında yayımladığı videomüraciətdə ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini dilə gətirib.

“Bu müddət ərzində çox itki verdik. Bu anda qurbanlarımızın sayı çoxdur və onlar üçün yas tuturam”, -deyə Paşinyan bildirib.

O, Azərbaycan ordusunun uğurlarının erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdığını qeyd edib.

“Azərbaycan Silahlı Qüvvələri döyüşlərin son günlərində taktikalarını dəyişiblər. Bunu ümidsizlik yaymaq üçün deyil, xalqla həqiqət dilində danışmalı olduğum üçün deyirəm”- deyə o qeyd edib.

Paşinyan bildirib ki, Qarabağda vəziyyət ağır olaraq qalır.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI