ABŞ-ın Texas ştatında baş verən “Harvi” qasırğası 48 min evə ziyan vurub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın ictimai təhlükəsizlik departamentinin hesabatında bildirilir.

Hesabata görə, ştatda min yaşayış evi tamamilə dağılıb, 17 min evə ciddi, 32 mininə isə yüngül ziyan dəyib. Departament yaxın günlərdə təbii fəlakətdən ziyan görən binaların sayının artacağını istisna etməyib.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında daşqınlar zamanı ölənlərin sayı 30-a çatıb. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub.

Leqal.info