ABŞ Suriya ordusu ilə münaqişə axtarmır və özünümüdafiə hüququna malikdir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bildirib.

Qeyd edək ki, Suriya XİN-i bundan əvvəl ABŞ koalisiyasının hücumunu hərbi cinayətkarlıq adlandırıb.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.