Böyük Britaniyada Şerlok Holmsun təsviri olan sikkələr buraxılıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, 50 pens dəyərində sikkələr detektiv personajının müəllifi Artur Konan Doylun 160 illiyinə həsr olunub.

Sikkədə həmçinin Şerlok Holmsun sərgüzəştlərinin adları da həkk olunub.

Qeyd edək ki, Şerlok Holms “ən çox ekranlaşdırılan ədəbi personaj” hesab olunur.