Leqal.Info

SON DƏQİQƏ

Almazbek Atambayev daha iki cinayət işi üzrə ittiham olunur

Almazbek Atambayev daha iki cinayət işi üzrə ittiham olunur
14-08-2019, 17:33 124 783 dəfə baxılıb

Qırğız Respublikasının həbs edilmiş sabiq prezidenti Almazbek Atambayevə qarşı daha iki cinayət işilə bağlı ittihamlar irəli sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, vəkili Sergey Slesarev sabiq dövlət başçısının Bişkek İES-də yenidənqurma işləri və ofisin satın alınması ilə bağlı Hərbi Prokurorluq tərəfindən şübhəli qismində cəlb olunduğunu bildirib.

Həmin ittihamlar A.Atambayevin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Ali Şurada (Joğorku Keneş) keçirilən müzakirələr zamanı parlament komissiyası tərəfindən səsləndirilmiş qənaətlərə əsaslanır.

Qeyd edək ki, Bişkekdə bütün çoxmərtəbəli yaşayış binalarını, məktəbləri, bağçaları, səhiyyə ocaqlarını istilik və elektriklə təchiz edən yeganə İES-də 2018-ci ilin yanvar ayında bərk şaxtalı günlərdə qəza baş vermişdi. Ondan sonra da İES-də daha əvvəl keçirilən və 386 milyon dollara başa gələn yenidənqurma işləri ilə bağlı qalmaqal başlamışdı.

Bundan əvvəl A.Atambayevə qarşı dövlət çevrilişi hazırlamaq və adam öldürmək maddələri üzrə ittihamlar irəli sürülüb.


www.leqal.info

Teqlər: Almazbek Atambayev, Qırğızıstan Respublikası, cinayət işi üzrə ittiham

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI