İnsan qidalanmasında və fiziki aktivliyində heç bir dəyişiklik etmədən onun bədən çəkisi kəskin artırsa, bu orqanizmdə gedən patoloji prosesin simptomu ola bilər.

Leqal.info sizi bədən çəkisinin “səbəsiz” artmasına səbəb olan xəstəlikləri ilə tanış edir:

Ən yayılmış belə səbəb hipotoreozdur. Hipotoreoz zamanı qalxanvari vəzinin fəaliyyəti zəifləyir ki, nəticədə maddələr mübadiləsi prosesləri ləngiməyə başlayır. Bu isə öz növbəsində çəkinin artmasına gətirib çıxardır.

Qadınlarda bədən çəkisinin artmasının səbəblərində biri yumurtalıqların polikistozu ola bilər. Polikistoz zamanı qadınlarda ciddi hormonal pozulmalar yaranır ki, nəticədə qadın səbəbsiz kökəlməyə başlayır. Piy xüsusilə qarın nahiyəsində yığılır.

Kuşınq sindromu zamanı böyrəküstü vəzilərin funksiyası pozulur, orqanizmdə ciddi hormonal dəyişikliklər inkişaf edir, xəstənin əzələ kütləsi azalır, piy kütləsi isə əksinə artır və qarın, bel, boyun və üz nahiyəsində yığılır.

Prolaktonoma şişi hipofizdə inkişaf edən xoşxassəli şişdir. Prolaktinoma zamanı prolaktin hormonunun ifrazını artır. Bunun nəticəsində piyin parçalanması prosesi kəskin pozulur və piy orqanizmdə toplanaraq kökəlməyə səbəb olur.

Mədəaltı vəzi şişi olan insulinoma orqanizmdə insulinin həddindən artıq ifrazına səbəb olur. Nəticədə şəkərin səviyyəsi düşür, insan daim aclıq hiss edir və çox yeyir. (Saglamolun.az)