Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar.

"Leqal.info" “Report”a istinadən xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.

13:13
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

“Report” xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Baş Prokurorluqdan "Report"a bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.
Kürdəmir Rayon İcra başçısı, müavini və şöbə müdiri belə saxlanılıb

VİDEO