Leqal.Info

SON DƏQİQƏ

Prezident Şəki Xan Sarayında baş vermiş hadisəni xüsusi nəzarətə götürüb - VİDEO - YENİLƏNİB

Prezident Şəki Xan Sarayında baş vermiş hadisəni xüsusi nəzarətə götürüb
14-07-2019, 15:35 176 582 dəfə baxılıb

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətləri Şəki Xan Sarayının qarşısında baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, məlumatda iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüyü bildirilir.

Qeyd edilir ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib.

Bakı şəhərindən FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir.

Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***13:51

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Sarayın həyətində olan Xan Çinarı 1530-cu ildə əkilib.


VİDEO



www.leqal.info

Teqlər: Prezident İlham Əliyev, Şəki Xan Sarayı, 500 yaşlı çinar

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI