Bu gun Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirak etmək üçün Azərbaycana gələn məşhur döyüşçülərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Leqal.info-nun Apasport.az saytına istinadən verdiyi məlumata görə, konfransda Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin, Srisaket Sor Runqvisay, Fərhad Acalov, Rövşən Hüseynov və digər tanınmış məşhur boksçular iştirak ediblər.

Mətbuat konfransını giriş sözü ilə açan Holifilid Bakıda olmaqdan şad olduğunu deyib: “Burda olmaqdan çox şadam ve mənim üçün böyük şərəfdir. Səkkiz yaşım olanda düşünmüşdüm ki Məhəmməd Əli kimi çempion ola bilərəm. Dörd dəfə buna nail oldum. Bu gün şuranın üzvü kimi burda olduğum üçün şadam. Biri deyəndə ki, mən səndən yaxşıyam, bu idman növünün adını alçaldır. Qreqor güclüdür. Dirsəkləri ilə yaxşı işləyirdi. Çevikliyi ilə qalib gələ bilərdi. İnsanlar boksu sevir. Boksu sevənlər bunu da xoşlayacaqlar. Əsas məsələ odur ki, rəqibin güclü olsun. Bu döyüşün boks adına xələl gətirdiyini düşünmürəm”.

Bernadr Hopkins də fikirlərini bölüşüb: “Hər birinizə minnətdaram. Nazirliyə və WBC-ə təşəkkür edirəm. Bu qurum xüsusi yerə malikdir. Onların təşkil etdiyi yarışlarda heç bir tərəddüd olmur. Mötəbər qurumdur. Həm maraqlı vaxt keçiririk, həm də ciddi müzakirələr aparırıq”.

Ardınca ən yaşlı boksçulardan biri Karlos Sarate deyib ki, o, çempion olanda bura toplaşan idmançıların çoxu dünyaya gəlməmişdi: “Uzun illərdi bu cür tədbirlərdə iştirak edirəm. Bu cür boksçularla bir tədbirdə olmaq tarixi hadisədir”.

Konfrans iştirakçılarından Conni Nelson boksda son nəfəslərinə qədər qalacaqlarını vurğulayıb: “Uşaqlarımızı öyrədirik və ənənəni davam etdiririk. Boks çempionu olmaq istəyən mütləq WBC çempionu olmalıdır, əsas budur. Mən buna 10 il əvvəl nail olmuşam”.

Srisaket Sor Runqvisay da Azərbaycanda olmaqdan çox məmnun olduğunu söyləyib: “Bu nailiyyətləri əldə etmək, turnirlərə qatılmaq mənim uşaqlıq arzum olub”.

Kostya Tszyu özünün azərbaycanlı azarkeşlərə tanış döyüşçü olduğunu deyib: “Bu tədbirdə olmaq xoşdur. Azərbaycan əvvəl SSRİ tərkibində olub. Burda məni çox adam tanıyır. İttifaqı təmsil etmişəm. Yeni nəslə bu ənənəni ötürmək vacibdir. Hazırlıq məsələsi çox önəmlidir. Müxtəlif məşqlər var. Düzgün məşqçi heyəti varsa, hər şey alınacaq. Promoyterlər də tapmaq lazımdır. Əsas odur ki, istək olsun”.

Rusiyalı Yuri Arbaçakov da tədbirdə iştirak etməkdən məmnunluğunu dilə gətirib: “Çox xoşdur burda olmaq. Çempion adı qazanmışam və adımı 9 dəfə müdafiə etmişəm. İstərdim döyüşlər cəlbedici olsun və maraqlı keçsin. WBC çempionlarının hər zaman zirvədə olmasını arzulayıram”.

Azərbaycanlı boksçu Fərhad Acalov bu günün əlamətdar bir gün olduğunu qeyd edib: “Bizim peşəkar boksçularımız üçün böyük təkan olacaq. İstərdim bu kəməri azərbaycanlılar da əldə etsinlər. Buna inanıram”.

Rövşən Hüseynov ən güclü boksçuların Bakıya yığışdığını bildirib: “Onlara baxıb sevinirəm ki, Bakıdadırlar. Ümidvaram ki, bir gün Azərbaycan da bu ittifaqa üzv olacaq”.
“Bakıda olmaq mənim üçün böyük şərəfdir”
“Bakıda olmaq mənim üçün böyük şərəfdir”