Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info