“Barselona” ulduzu Lionel Messinin 3-cü dəfə ata olacağı xəbəri öz təsdiqini tapıb.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun 29 yaşlı xanımı Antonella Rokusso İnstaqram hesabında əri və uşaqlarının yer aldığı fotonu “Beş nəfərdən ibarət ailə” şərhi ilə paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl ispaniyada yayımlanan şouların birində bu barədə məlumat verilib.

Xatırladaq ki, Messi ilə Rokusso iyunun sonunda ailə qurublar. Cütlüyün 4 yaşlı Tyaqo, bir yaşlı Mateo adlı 2 oğlu var. Messi ilə Antonella uşaqlıq dostudur.
Messinin 3-cü dəfə ata olacağı təsdiqləndi