İlk xəbər saat 19:38-də yayımlanıb

Bu gün Azərbaycan Premyer Liqasında XV turun mərkəzi oyunu keçirilir.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" klubu "Neftçi"ni qəbul edir.

Oyunun ilk dəqiqələri meydan sahibi oyuna fəal başlayaraq 6-cı dəqiqədə D.Kintananın qolu ilə hesabı aça bilib - 1:0.

Birinci hissənin 30-cu dəqiqəsində M.Mbodj hesabl bərabərləşdirməyə nail olub - 1:1. Beləliklə, ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunun 71-ci dəqiqəsində qonaqların oyunçusu A.Krivotsyuk "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə)alaraq komandasını azlıqda qoyub. Matçın 90+2-ci dəqiqəsində meydan sahibinin oyunçusu Q.Qarayev də "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə) alaraq meydanda qovulub.

İkinci hissədə qapılara qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.