Milli Məclisin deputatı Yevda Abramov 71 yaşında dünyasını dəyişib.

Leqal.info-nun məlumatına görə, millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Dəfn mərasimi Qubada, dekabrın 8-də keçiriləcək.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!