22:35 - Gürcüstanda balıqçılar qəzaya uğradı - 30 ton balıq məhv oldu
22:00 - Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - Video
16:03 - Gənc jurnalist Parlament Seçkilərində iştirak edəcək - Foto
15:30 - Narın kimlərə ziyanı var? - DİQQƏT!
15:20 - İtaliyada ermənipərəst parlamentar qanunsuz əməllərdə ittiham olunur
14:37 - Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradıldı
14:28 - Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu TARİXDƏN başlayacaq
14:24 - Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqləndi
14:02 - MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb
13:00 - Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - DİQQƏT
12:00 - Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər - Məzahir Pənahov
11:39 - Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir
“Normal müştəriyə niyə biznes krediti verməyim ki?” - Bank rəhbəri
“Azərbaycanda bankların biznes krediti verməməsi ilə bağlı deyilənlər düzgün deyil. Normal vəziyyəti, biznes planı olan, bir sözlə normal müştəriyə niyə kredit verməyim ki?”
“Leqal.info” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“Bu gün banklar hər bir normal müştəri uğrunda mübarizə aparır. Bütün ölkəni gəzib normal müştəri axtarırıq. “Banklar biznes krediti vermir” ifadəsini o adamlar deyə bilər ki, onların ödəniş qabiliyyəti - maliyyə vəziyyəti, biznes-planı yaxşı deyil. Siz belə adamlara kredit verərdinizmi?”, - deyə sədr qeyd edib.
F.Hüseynov kredit faizlərinin yüksək olması barədə iddialara da cavab verib: “Kredit faizləri depozit faizlərinə bağlıdır. Amma bu gün faizlər elə də yüksək deyil. İllik 13-14%-lə, manatla biznes kreditləri götürmək mümkündür”.