STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub

Bu barədə "Leqal.info"ya “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Mətbuat xidmətindən rəsmi məlumat daxil olub.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov öz xahişi ilə 17.07.2020-ci il tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq. Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.

STP olaraq Emin Məmmədova gələcək peşəkar fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edirik.