Leqal.Info

SON DƏQİQƏ

Azərbaycan tütün ixracını 26%-dən çox artırıb

Azərbaycan tütün ixracını 26%-dən çox artırıb
17-06-2019, 18:10 84 791 dəfə baxılıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 39 945,24 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Leqal.info"ya verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 017,04 min dollar və yaxud 16,72% azdır.

Beş ay ərzində tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,24%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 6 379,95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 337,12 min dollar və yaxud 26,52% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,68%-nə bərabər olub.


www.leqal.info

Teqlər: Azərbaycan, tütün ixracı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI