Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

Müğənni Rüfət Axundovla Rəşad İlyasov məhkəməyə gəlməyib

Müğənni Rüfət Axundovla Rəşad İlyasov məhkəməyə gəlməyib
19-04-2019, 16:00 55 991 dəfə baxılıb

Bu gün Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası başlayıb.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilərin heç birinin məhkəməyə gəlmədiyi elan olunub. Onları prosesdə vəkillər təmsil edib.

Müğənniləri məhkəməyə verən şəxsin adı açıqlanmır. Prosesdə həmin şəxsi də vəkil təmsil edib.

Proses mayın 1-dək təxirə salınıb.

Qeyd edək ki, aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.


www.leqal.info

Teqlər: Rüfət Axundov, Rəşad İlyasov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI