Leqal.Info

SON DƏQİQƏ

Ofelya Sənani infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib - vəziyyəti ağırdır

Ofelya Sənani infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib
5-10-2019, 11:30 39 499 dəfə baxılıb

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

"Leqal.info" xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).


www.leqal.info

Teqlər: Ofelya Sənani, infarkt

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI