Leqal.Info

SON DƏQİQƏ

“Qarabağda yaşayan ermənilər narahat olmasınlar, onların rifahı artacaq”

“Qarabağda yaşayan ermənilər narahat olmasınlar, onların rifahı artacaq”
14-10-2020, 13:00 35 930 dəfə baxılıb

Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində işğal altında olan ərazilərlə bağlı Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişindən sonrası üçün Azərbaycanın planları haqda danışıb.

Leqal.info-nun verdiyi xəbərə görə, İlham Əliyev bildirib ki, sülhdən sonrakı dönəmlə bağlı bizim mövqeyimizdə hər hansı dəyişiklik yoxdur:

“Birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə, bu məsələ Minsk qrupu çərçivəsində artıq təsbit edilib - 5 rayon, ondan sonra 2 rayon. Ondan sonra Dağlıq Qarabağın içində, Şuşada, Xankəndidə və bir çox kəndlərdə yaşamış azərbaycanlılar, Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir.

Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq sülhə daha da yaxınlaşacağıq. Ona görə də orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir, Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır. Onlar bizim vətəndaşımızdır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar. Onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz oraya yatırım da edərik, sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə bağlı proqramlarımız olacaq.

Bütün bunlardan sonra orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ başlayacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə bir etmək və bundan sonra oranın Ermənistan torpağı olduğunu elan etməkdir”.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI