Leqal.Info

SON DƏQİQƏ

Ali Məhkəmənin sədri vətəndaşları qəbul edib

Ali Məhkəmənin sədri vətəndaşları qəbul edib
21-02-2020, 16:13 53 406 dəfə baxılıb

Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev Ağsu Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

Ali Məhkəmədən "Leqal.info"ya verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Ağsu şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər üzrə Ali Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Ağsu Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, müvafiq tövsiyə və tapşırıqlar verilib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI