Leqal.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən dəstənin qanunsuz dərman reseptləri yazaraq qazanc əldə etdiyi və dövlətə 12 milyon 523 min lirə zərər verdiyi müəyyənləşdirilib.
Adana Polisi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməliyyat qrupları tərəfindən ifşa edilən dəstə üzvlərinin narkotik tərkibli dərmanların ticarəti ilə məşğul olduğunu, həmçinin xərçəng xəstələrinin istifadə etdikləri dərmanları alaraq Azərbaycan, Suriya, İran və İraq kimi ölkələrə satmaq istədikləri müəyyənləşdirib. Onların aralarında 2 bioloq və 9 əczaçının olduğu bildirilib.
Əməliyyat tədbirləri nəticəsində aşkarlanan 9 min 177 qutu qəbzsiz və reseptsiz dərmanların bazar dəyəri ve şübhəlilərin öz aralarında həyata keçirdiyi pul transferinin ümumi dəyərinin 12 milyon 523 min 111 lirə olduğu müəyyən edilib.