Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinə Vüqar Əliheydər oğlu Əliyevi təyin edib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının noyabrın 19-da imzaladığı sərəncamla Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.